Levandovskidən yüksək göstərici

"Bavariya"nın hücumçusu Robert Levandovski şəxsi rekordunu yeniləyib.

Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu Almaniya kubokunun yarımfinalında “Ayntraxt”la matçda (2:1) fərqlənərək buna nail olub.

O, cari mövsüm keçirdiyi 39 oyunda vurduğu qolların sayını 45-ə yüksəldib. Bununla da polşalı futbolçu şəxsi rekordunu daha da yaxşılaşdırıb.

Levandovski 2016-2017-ci il mövsümündə 47 oyunda 43 qol vurub.