"Leverkuzen" - "Milan": Düşərgələrdəki vəziyyət

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna start verilir.

Sportline.az xəbər verir ki, günün maraqla gözlənilən görüşlərindən biri Almaniyada baş tutacaq.

Bundesliqanın son çempionu “Bayer Leverkuzen” “Milan”la münasibətlərə aydınlıq gətirəcək.

“Bayer Leverkuzen” bu matça tam heyyətlə hazırdır.

Qonaqlar haqqında isə bunu deyə bilmərik. ”Rossonerilər”in heyyətində əsas itkilər Alesandro Florenzi və İsmael Bennaserin adı ilə bağlıdır.

Görüşün ədalət təmsilçisi isveçrəli refferi Sandro Şörer olacaq. Matçın start fiti 23-də səslənəcək.