“Leverkuzen” Virtzin qiymətini açıqladı
Bundesliqanın son çempionu “Bayer” ulduz futbolçusu Floriyan Virtzin qiymətini açıqlayıb.
Sportline.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Leverkuzen klubunun rəhbərliyi 21 yaşlı futbolçuya 150 milyon avro transfer məbləği qoyub.
"Bayer" futbolçusunu bu transfer haqqı ilə göndərərsə, klub rekordunu qıracaq. Əvvəlki rekord 80 milyon avroya "Çelsi"yə keçən Kay Havertsə məxsusdur.
Ulduz futbolçu ilə maraqlanan klublar arasında Bundesliqadan "Bavariya", Premyer Liqadan "Mançester Siti" və "Arsenal", La Liqadan isə "Real Madrid" var.
Qeyd edək ki, Floriyan Virtz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 6 qol və 1 asistlə yadda qalıb.