"Leyptsiq" Çempionlar Liqasında

Almaniya Bundesliqasında "Bavariya"nın ardınca "Leyptiq" də Çempionlar Liqasına vəsiqəni təmin edib. SportLine.az xəbər verir ki, 29-cu turda "Frayburq"u məğlub edən (4:0), ən azı, 4-cü pilləni təmin edib. Bu isə Avropanın ən nüfuzlu klub turnirində iştirak hüququ qazanmaq deməkdir. 

Qeyd edək ki, bu, "Leyptsiq"in Çempionlar Liqasında ilk iştirakı olacaq.