"Leyptsiq"dən səfər qələbəsi

Almaniya Bundesliqasında 31-ci tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Leyptsiq" səfərdə "Hoffenhaym"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

"Hoffenhaym" - "Leyptsiq" - 0:2
Qollar:
 Olmo, 9, 11

Bu qələbə ilə xalını 62-yə yüksəldən "Leyptsiq" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Hoffenhaym" isə 43 xalla 7-cidir. Turnir cədvəlinə 70 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı 63 xalla 2-cidir.