Liderlərin duelindən “Azərreyl” qalib ayrılıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura start verilib.

Sportline.az xəbər verir ki, ilk iki turu itkisiz tamamlayan “Murov”la “Azərreyl” üz-üzə gəliblər.

Liderlərin Voleybol Mərkəzində baş tutan matçında ikincilər qalib gəliblər. “Murov”un gücü yalnız bir seti üstün tamamlamağa çatıb. Rəqibini 3:1 hesabı ilə (25:22, 25:22, 20:25, 25:20) məğlub edən “Azərreyl” 9 xalla vahid liderliyə yüksəlib. “Murov” isə 6 xalda qalıb.

III tura saat 18:00-da başlayacaq UNEC - “Abşeron” dueli ilə yekun vurulacaq. Hər iki komandanın hazırda aktivində xal yoxdur.