"Lids Yunayted" 16 il sonra bunu bacardı

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Lids Yunayted" 2020/21 mövsümündən elitada mübarizə aparacaq. Çempionşipin lideri olan komandanın sona iki tur qalmış Premyer Liqaya vəsiqə qazanacağı dəqiqləşib.

Marselo Byelsanın rəhbərlik etdiyi komanda 16 ildən sonra yenidən Premyer Liqada oynayacaq.