"Lids Yunayted" uelsli futbolçuya yeni müqavilə təklif edib
"Lids Yunayted" uelsli futbolçu Etan Ampaduya yeni müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
25 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 35 matçda 1 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, E.Ampadunun dəyəri 25 milyon avrodur.