"Lill" - "Qəbələ" matçının hakimləri açıqlandı
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Lill" - "Qəbələ" matçının təyinatları bəlli olub. SportLine.az xəbər verir ki, görüş polşalı hakimlər briqadasına həvalə edilib.
Oyunda Daniel Stefanski fit çalacaq. Ona Rafal Rostofski və David İqor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zbiqnev Dobrınin həyata keçirəcək.
Qeyd edək ki, "Lill" ilə "Qəbələ" arasındakı ilk oyun iyulun 28-də səfərdə keçiriləcək. Cavab matçı isə bir həftə sonra - avqustun 4-də Bakıda baş tutacaq.