"Lill" - "Qəbələ" matçının saatı açıqlandı
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Lill" - "Qəbələ" matçının başlanma saatı məlum olub. SportLine.az xəbər verir ki, iyulun 28-inə planlaşdırılan görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qarşılaşma Lill şəhərindəki 50186 tamaşaçı tutumuna malik “Stad Pyer Morua” arenasında baş tutacaq.
Qeyd edək ki, “Qəbələ” və “Lill” arasında cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.