"Lion" - "Beşiktaş" matçında qalmaqal

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Lion" - "Beşiktaş" oyununda qalmaqal yaşanıb. SportLine.az "Frans Football"a istinadən xəbər verir ki, oyun ərəfəsində stadionda azarkeşlər arasında insident yaşanıb. 

"Lion" rəhbərliyinin açıqlamasında qeyd olunur ki, insident vaxtı yuxarı tribunalardan yanan məşəllər atılıb. Aşağı tribunalardakı azarkeşlər buna görə meydana girməyə məcbur olublar. 

Hazırda oyun gecikir.