"Lion" "Beşiktaş"a qarşı azarkeşsiz oynayacaq

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Lion" - "Beşiktaş" matçında baş verənlərlə bağlı qərar qəbul edib. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, fransız azarkeşlərin İstanbulda keçiriləcək cavab oyununda stadiona daxil olmasına qadağa qoyulub.

Qeyd edək ki, Fransa keçirilən ilk qarşılaşmada “Lion” azarkeşləri meydana yad cisimlər atıb, daha sonra isə meydana daxil olublar. Bu səbəbdən oyun 45 dəqiqə gec başlayıb.