"Lion"dan "Mançester Yunayted"ə doğru
"Lion"un futbolçusu Afonso Moreyra yayda klubdan ayrılmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 21 yaşlı oyunçunu heyətinə qatmaqda israrlıdır.
Bu haqda "A Bola" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Moreyra cari mövsüm meydana çıxdığı 35 matçda 8 qol, 11 asistlə yadda qalıb.