Lionel Messi karyerası ilə bağlı qərar verib

"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, 38 yaşlı futbol əfsanəsi MLS klubunda xoşbəxt olduğunu söyləyib.

Bu haqda nüfuzlu ESPN nəşri məlumat yayıb.

Qeyd edək ki, L.Messi bu mövsüm meydana çıxdığı 29 matçda 23 qol, 11 asistlə yadda qalıb.