"Liverpul" 20 milyon avronu hazır edib

"Liverpul" Mark Gehi üçün 20 milyon avronu hazır edib.

Sportline.az xəbər verir ki, Mersisayd klubu bu həftə "Kristal Pelas"a rəsmi təklif göndərməyi planlaşdırır.

Bu haqda "Daily Mirror" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Gehinin London klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq.