"Liverpul" almaniyalı müdafiəçini transfer etmək istəyir
"Borussiya Dortmund"un almaniyalı müdafiəçisi Niko Şlotterbek mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
"Liverpul" Şlotterbeki transfer etmək üçün "Dortmund"la görüşmələrə başlayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 40 milyon avro olaraq qiymətləndirilir.