“Liverpul” “Aston Villa”ya uduzdu
İngiltərə Premyer Liqasında 37-ci tur start götürüb.
Sportline.az xəbər verir ki, turun açılış matçında “Aston Villa” öz meydanında “Liverpul”u qəbul edib. Görüş Birmingem klubunun qələbəsi ilə yekunlaşıb.
“Aston Villa” - “Liverpul” - 4:2
Qollar: Rocers, 42 (1:0), van Deyk, 52 (1:1), Uotkins, 57 (2:1); 73 (3:1), MkGinn, 89 (4:1), van Deyk, 90+2 (4:2)
Bu nəticədən sonra “Aston Villa” 62 xalla dörcüncü, “Liverpul” isə 59 xalla beşincidir.