“Liverpul” “Barselona”nın futbolçusunu istəyir
"Barselona"nın hücumçusu Rafinya yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" növbəti yay braziliyalı cinah oyunçusunu heyətinə qatmağa maraqlıdır.
Bu barədə məlumatı "Fichajes" nəşri yayıb.
Ölkə çempionu Salahın mümkün gedişindən sonra onu əvəzləyə biləcək futbolçu kimi Rafinyanı nəzərdən keçirir.
Mersisayd klubu 28 yaşlı hücumameylli oyunçu üçün 100 milyon avro ödəməyə hazırdır.