"Liverpul" "Barselona"ya 80 milyon avro ödəməyə hazırdır
"Liverpul" yayda Jul Kundeni heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi bu keçid üçün "Barselona"ya 80 milyon avro ödəməyə hazırdır.
Bu haqda jurnalist Qabriel Sans məlumat yayıb.
Qeyd edək ki, J.Kundenin Kataloniya klubu ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.