“Liverpul” bu gün “Sounthempton”u qəbul edəcək
İngiltərə Liqa Kubokunda 3-cü turun oyunlarına start verilir.
Sportline.az xəbər verir ki, “Liverpul” “Enfild Roud” stadionunda “Sounthempton”la qarşılaşacaq.
Mersisayd klubunda yeganə itki Stefan Bayçetiçin adı ilə bağlıdır.
“Sounthempton”da Samuel Edozie və Vellinqton zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Liverpul” – “Sounthempton” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Görüşü Tomas Bramall idarə edəcək.