"Liverpul" "Feyenord"a 10 milyon avroluq rəsmi təklif göndərib

"Feyenord"un əlcəzayirli futbolçusu Anis Hadji-Moussa karyerasını "Liverpul"da davam etdirəcək.

Sportline.az "Africa Foot"a istinadən xəbər verir ki, "Liverpul" bu keçid üçün Niderland klubuna 10 milyon avro təklif edib.

22 yaşlı futbolçunun "Feyenord"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, H.Moussa bu mövsüm çıxış etdiyi 23 matçda 6 qol və 2 asistlə yadda qalıb.