"Liverpul" fransalı forvardı heyətinə qatmaq niyyətindədir

"Liverpul" yayda heyətinə yeni mərkəz hücumçusu transfer edəcək.

Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri Randal Kolo Muanidir.

"La Gazzetta dello Sport"un yaydığı məlumata görə, Mersisayd təmsilçisi fransalı futbolçu üçün PSJ ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 27 yaşlı oyunçu hazırda icarə əsasında "Tottenhem"də çıxış edir.