"Liverpul" Gehini transfer etməkdə israrlıdır

"Liverpul" "Kristal Pelas"ın ingiltərəli müdafiəçisi Mark Gehini transfer etməkdə israrlıdır.

Sportline.az xəbər verir ki, bu haqda "Times Sport" nəşri məlumat yayıb.

Mersisayd klubu yayda Gehini transfer etməyə çalışsa da, alınmayıb.

Qeyd edək ki, 25 yaşlı oyunçunun transfer qiyməti 45 milyon avrodur.