"Liverpul" ingiltərəli futbolçusu üçün 40 milyon avro tələb edir

"Liverpul" ingiltərəli futbolçusu Harvi Eliyotu satmaq qərarına gəlib.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, Mersisayd klubu H.Eliyot üçün 40 milyon avro tələb edir.

Eliyot daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir. Bu səbəbdən 21 yaşlı futbolçu klubdan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Harvi Eliyot bu mövsüm 10 rəsmi matçda iştirak edib. Aktivində 1 qol var.