"Liverpul" italiyalı futbolçusu ilə vidalaşır
"Liverpul" italiyalı futbolçusu Federiko Kieza ilə bağlı qərar verib.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu 27 yaşlı oyunçunu satmaq fikrində qətidir.
Kieza ilə "Milan", "Atalanta", "İnter", "Napoli", "Roma" və "Fulhem" klubları yaxından maraqlanır.
Qeyd edək ki, sözü gedən futbolçunun transfer qiyməti 20 milyon avrodur.