"Liverpul" Kees Smiti transfer etməyə çalışır
"Liverpul" "Az Alkmaar"ın yarımmüdafiəçisi Kees Smiti heyətinə qatmağa çalışır.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi niderlandlı futbolçunun oyun tərzini Pedriyə bənzədir.
İngiltərə klubu K.Smitin meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 20 oyunda 2 qol, 4 asistlə yadda qalıb.