“Liverpul” kolumbiyalı futbolçusu ilə yollarını ayıracaq
“Liverpul” kolumbiyalı futbolçusu Luiz Diazı satmaq qərarına gəlib.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu L.Diazı 60 milyon avroya satmağa hazırdır.
28 yaşlı futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Barselona” Luiz Diazı transfer etmək istəyir.
O bu mövsüm çıxış etdiyi 45 matçda 15 qol və 8 asistlə yadda qalıb.