“Liverpul” – “Mançester Siti”: Düşərgələrdəki son durum
Bu gün İngiltərə Premyer Liqasında “Liverpul” “Enfiel Roud” stadionunda “Mançester Siti” ilə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, hər iki klub matça itkilərlə çıxacaq. “Liverpul”da əsas itki qapıçı Alisson Beker, Konor Kodliy, İbrahima Konate, Kostantinos Tsimakas, Dioqo Jota və Federiko Kieza zədə səbəbindən matçı buraxmalı olacaq.
“Mançester Siti”də isə Jeremi Doku, Con Stounz, Mateo Kovaçiç, Rodri və Oskar Bob görüşdə iştirak edə bilməyəcək.
Oyunun ədalət təmsilçisi Kris Kavana olacaq.
Qeyd edək ki, “Liverpul” – “Mançester Siti” matçı bu gün saat 20:00-da start götürəcək.