"Liverpul" - "Mançester Yunayted": Düşərgələrdəki son durum

İngiltərə Premyer Liqasında 20-ci turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçında "Liverpul" "Enfield Roud" stadionunda "Mançester Yunayted"lə münasibətləri aydınlaşdıracaq.

"Liverpul"da əsas itki Konor Bredley, İbrahima Konate və Co Qomezin adı ilə bağlıdır.

"Mançester Yunayted"in heyətinə isə Markus Reşford, Luk Şou, Viktor Lindelöf və Meyson Mount zədə səbəbindən matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" görüşü bu gün saat 20:30-da başlanacaq. Oyunu Maykl Oliver idarə edəcək.