"Liverpul" "Midyulann"a elçi düşüb

"Liverpul" yayda heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri "Midyulann"ın futbolçusu Usman Diaodur.

Jurnalist Ekrem Konurun məlumatına görə, Mersisayd təmsilçisi qarşı tərəflə təmas halındadır.

Qeyd edək ki, Usman Diaonun transfer qiyməti 20 milyon avrodur.

O, cari mövsüm meydana çıxdığı 36 matçda 4 qol, 3 asistlə yadda qalıb.