"Liverpul" "Monako"ya 50 milyon avro ödəmək istəmir

"Monako" Maqnes Akliuş üçün "Liverpul"dan 50 milyon avro tələb edir.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi bu məbləği Fransa klubuna ödəmək niyyətində deyil.

Bu haqda "Lequipe" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Akliuş cari mövsüm meydana çıxdığı 42 matçda 7 qol, 11 asistlə yadda qalıb.