"Liverpul" - "Nyukasl Yunayted": Heyətlərdəki son durum

Bu gün İngiltərə Liqa Kubokunda final matçı keçirələcək.

Sportline.az xəbər verir ki, "Liverpul" "Uemli" stadionunda "Nyukasl Yunayted"lə qarşılaşacaq.

Mersisayd klubunda əsas itki Konor Bredliy, Co Qomez, Trent Aleksander-Arnold və Tayler Mortonun adı ilə bağlıdır.

"Nyukasl Yunayted"in heyətində isə Camaal Laskelles, Luyis Holl və Sven Botman baş məşqçi Eddi Hounun sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti 20:30-da səslənəcək oyunu Con Bruks idarə edəcək.