"Liverpul" portuqaliyalı futbolçunun xidmətində maraqlıdır

"Liverpul" yanvar ayında mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Sportinq"in stopperi Qonçalo İnasiyo Mersisayd klubunun əsas transfer hədəfidir.

24 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, İnasiyo bu mövsüm meydana çıxdığı 16 oyunda 2 asistlə yadda qalıb.