"Liverpul" - "Qarabağ" görüşünün hakimləri bilindi
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunun "Liverpul" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanı FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.
Xatırladaq ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.