“Liverpul” qələbəni son dəqiqədə vurduğu qolla qazandı

İngiltərə Premyer Liqasında 4-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, son çempion "Liverpul" səfərdə "Börnli" ilə qarşılaşıb.

Görüş Mersisayd klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.

"Börnli" 0-1 "Liverpul"

Qol: Mohamed Salah, 90+5 (pen)

Qeyd edək ki, "Liverpul" 12 xal çempionata başçılıq edir.

"Börnli" 3 xalla 17-ci pillədə yer alır.