"Liverpul" Sane üçün danışıqlara başlayıb
"Bavariya" almaniyalı futbolçusu Leroy Saneni satmaq qərarına gəlib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" L.Saneni transfer etmək istəyir.
Mersisayd kıubu 28 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Sanenin "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
O cari mövsüm çıxış etdiyi 19 rəsmi matçda 5 qol və 1 asistlə yadda qalıb.