"Liverpul" və "Çelsi" transfer yarışına girib
"Komo"nun mərkəz müdafiəçisi Yakobo Ramon İngiltərə nəhənglərinin transfer hədəfinədir.
Sportline.az xəbər verir ki, "Liverpul" və "Çelsi" 21 yaşlı stopperi heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, Y.Ramon "Real Madrid"in yetirməsidir.