"Liverpul" "Vulverhempton"a elçi düşüb
"Vulverhempton"un brazilyalı futbolçusu Joao Gomes karyerasını "Liverpul"da davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" mövsümün sonunda J.Gomes üçün "Vulverhempton"a rəsmi təklif göndərəcək.
Bu keçid üçün Mersisayd klubu qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Joao Gomes bu mövsüm çıxış etdiyi 31 matçda 4 qol və 2 asistlə yadda qalıb.