"Liverpul" yeni formasını təqdim etdi

"Liverpul" klubu cari mövsüm üçün üçüncü geyim dəstini təqdim edib.

Sportline.az xəbər verir ki, İngiltərə nəhənginin bu forması da ənənəyə sadiqlik abu-havası formalaşdırır.

Komandanın yeni geyimdən həftəsonu istifadə edəcəyi bildirilir.

"Mersisaydlılar" sentyabrın 14-də "Börnli"nin qonağı olacaqlar.