“Liverpul” yeni müdafiəçi axtarışına çıxıb

"Liverpul" yeni mərkəz müdafiəçisi axtarışına çıxıb.

Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Borussiya Dortmund"un almaniyalı stopperi Niko Şlotterbek Mersisayd təmsilçisinin diqqət mərkəzinə düşüb.

Almaniya klubu 25 yaşlı futbolçu üçün ən azı 50 milyon avro tələb edir.

Qeyd edək ki, N.Şlotterbek cari mövsüm 4 rəsmi matçda meydanda olub. Məhsuldarlıq göstəricisi yoxdur.