"Liverpul" yeni stopper axtarışına çıxıb

"Liverpul"un rəhbərliyi yayda yeni mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri "Bornmut"un futbolçusu Markos Senesidir.

Bu haqda "İ Paper" nəşri məlumat yayıb.

Qeyd edək ki, 28 yaşlı argentinalı oyunçu yayda azad agent statusunda olacaq.