"Liverpul"da ayrılıq

"Liverpul" ingiltərəli futbolçusu Harvi Eliyotla yollarını ayıracaq.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Brayton" və "Borussiya Dortmund" H.Eliyotu transfer etmək istəyir.

"Liverpul" 21 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Eliyotun Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.