“Liverpul”da ayrılıq yaşana bilər
Van Bronxorst milli komandanı çalışdıra bilər.
Sportline.az xəbər verir ki, “Liverpul”un köməkçi məşqçisi Ciovanni van Bronxorstun yaxın vaxtlarda komandadan ayrılaraq İndoneziya milli komandasının başına keçə biləcəyi iddia olunur.
Xəbərə görə, İndoneziya Futbol Federasiyası Patrik Kluivertlə yolları ayırdıqdan sonra yeni baş məşqçi axtarır və əsas namizədlərdən biri van Bronxorstdur.