“Liverpul”da həyəcan təbili
“Liverpul”un rəhbərliyi komandanın hazırkı durumu və baş məşqçi Arne Slotun gələcəyini müzakirə etmək üçün yaxın günlərdə xüsusi toplantı keçirəcək.
Sportline.az xəbər verir ki, klub idarəçilərinin Slota ən azı yanvar ayına qədər vaxt vermək niyyətində olduğu bildirilir.
Lakin məlumata görə, görüşdən baş məşqçinin istefası da daxil olmaqla, radikal qərarların çıxması istisna edilmir.