“Liverpul”dan 100 milyon avroluq transfer – Hədəf türkiyəli futbolçudur
“Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldız İngiltərə nəhəngi “Liverpul”un maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, Mersisayd klubu 20 yaşlı sol cinah vingerini yayda heyətinə qatmaq istəyir.
“Team Talk”un yaydığı xəbərə görə, Turin təmsilçisi Kenan üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm meydana çıxdığı 26 matçda 8 qol, 8 asistlə yadda qalıb.