"Liverpul"dan böyük hesablı qələbə

İngiltərə Premyer Liqasında 23-cü turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, "Liverpul" "Enfild Roud" stadionunda "İpsviç Taun"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib.

"Liverpul" 4:1 "İpsviç Taun"

Qollar: Dominik Sobozlayi 11, Mohamed Salah 35, Kodi Qakpo 44, 66, Yakop Qreves 90

Qeyd edək ki, "Liverpul" 53 xalla çempionata başçılıq edir. Aktivində 16 xalı olan "İpsviç Taun" isə 18-ci pillədə yer alıb.