"Liverpul"dan gözlənilməz məğlubiyyət
"Liverpul" İngiltərə Premyer Liqasının 14-cü turunda autsayder "Lids Yunayted"ə 1:2 hesabı ilə uduzub.
Sportline.az xəbər verir ki, bu qələbə ilə xalını 12-yə çatdıran "Lids Yunayted" 15-ci pilləyə yüksəlib. "Liverpul" 16 xalla 9-cu pillədədir.