"Liverpul"dan "Tottenhem"ə

Mövsümün sonunda "Liverpul"dan ayrılacağı dəqiqləşən Endru Robertson karyerasını "Tottenhem"də davam etdirəcək.

Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, şotlandiyalı futbolçu azad agent kimi "mahmızlar"ın heyətinə qoşulacaq.

32 yaşlı sol cinah müdafiəçisi 2017-ci ildən "Liverpul"da çıxış edir.

Qeyd edək ki, Robertson cari mövsüm meydana çıxdığı 32 matçda 2 qol, 2 asistlə yadda qalıb.