"Liverpul"dan transfer bombası

"Liverpul" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqonu transfer etmək niyyətindədir.

Rodriqonun transfer qiyməti 130 milyon avro olaraq təyin olunub. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 24 yaşlı vinger bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 13 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Rodriqo 2019-cu ilin yayında "Santos"dan "Real Madrid"ə 45 milyon avro qarşılığında transfer olmuşdu.