"Liverpul"dan yeni həmlə
"Liverpul" qış transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Daily Mirror"a istinadən xəbər verir ki, "Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez "Liverpul"un transfer hədəfinə çevrilib.
Mersisayd klubu M.Kerkez üçün "Bormunt"a 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 21 yaşlı müdafiəçinin "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.